Küveyt ilə Əlcəzair neft istehsalını erkən azaldıb

Küveyt ilə Əlcəzair neft istehsalını erkən azaldıb

Vakıf Katılım

Küveyt ilə Əlcəzair neft hasilatını daha tez aşağı salıb.

Xbr.az xəbər verir ki, Küveyt və Əlcəzair neft istehsalını “OPEC+” sazişində nəzərdə tutulan vaxtdan daha əvvəl azaldıb.

Xatırladaq ki, OPEC və qeyri-OPEC ölkələrinin (“OPEC+”) nazirlərinin ötən həftə videokonfrans formatında keçirilən X iclasında gündəlik neft hasilatının 3 mərhələdə azaldılması qərarlaşdırılıb. Belə ki, may-iyun aylarında “OPEC+” üzrə neft istehsalı sutkada 9,7 milyon barrel, iyul-dekabr aylarında gündəlik 7,7 milyon barrel, gələn ilin yanvarından 2022-ci il aprelin sonunadək isə sutkalıq 5,8 milyon barrel azaldılacaq. Məhdudiyyətlərlə bağlı üçüncü mərhələnin şərtləri bu ilin dekabrında yenidən müzakirə olunacaq.

“OPEC+” üzrə növbəti iclasın isə iyunun 10-da videokonfrans formatında keçirilməsi razılaşdırılı